İnstitutun 18 saylı şöbəsinin illik hesabatı müzakirə olundu Dekabr 03, 2014 | 11:32 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında institutun 18 saylı şöbəsinin 2014-cü il üzrə hesabatı müzakirə olundu.

Məruzə ilə çıxış edən şöbə müdiri Anar Səmidov öncə “İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda yerinə yetirilən tədqiqat işi haqqında məlumat verdi.

A.Səmidov kompüter qrafikası və dizaynı istiqamətində görülən işlər, eləcə də AMEA üzvlüyünə seçkilərin keçirilməsi ilə bağlı materiallar, institutun yeni əməkdaşları üçün ID kart və vizitkartlar, “Expo 2014” adlı AMEA-nın stendinin ve video çarxının hazırlanması və s. ilə bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırdı.

Multimedia resursları istiqamətində görülən işlərdən danışan məruzəçi lokal şəbəkədə “Foto Qalereya” verilənlər bazası üçün proqram təminatının yenilənməsi, foto, audio və video materialların verilənlər bazasına daxil edilməsi, www.ict.az saytına audio-video materialların yerləşdirilməsi, institut əməkdaşlarının TV və radio kanallarında çıxışlarının hazırlanması və qəzet materiallarının toplanılması üzrə işlərin görüldüyünü bildirdi. 

Məruzəçi, cari il ərzində şöbə əməkdaşlarının elmi-texniki konfrans və simpoziumlarda iştirakı, müxtəlif problemlərə həsr olunmuş şöbədaxili seminarların keçirilməsi, məqalələrin elmi jurnallarda nəşr olunması və müxtəlif təyinatlı kitabların, elektron nəşrlərin hazırlanması və s. ilə bağlı məlumatları nəzərə çatdırdı.

Məruzə ətrafında aparılmış müzakirələrdə fikir və tövsiyələr səsləndirildi. Elmi Şuranın qərarı ilə şöbənin fəaliyyəti qənaətbəxş hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı