Dövlətimizin əsas strateji hədəflərindən biri intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulmasıdır Dekabr 02, 2014 | 05:00 / Müsahibələr, çıxışlar

Noyabrın 28-də AMEA-nın vitse-prezidenti, akademik  İsa Həbibbəyli, AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, AMEA Yer Elmləri Bölməsinin akedemik-katibi, akademik Fəxrəddin Qədirov, AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev və digərləri Azərbaycan Dövlət Televiziyasının  “Əsas məsələ” proqramının qonağı olublar. Verilişdə Azərbaycan elminin müasir vəziyyəti və onun iqtisadiyyata tətbiqi istiqamətində müzakirələr aparılıb.

Akademik  İ.Həbibbəyli akademiyanın keçdiyi 70 illik tarixi elm yolundan söz açıb. Bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan elminin inkişafı istiqamətində apardığı məqsədyönlü islahatlar AMEA-nın inkişafında mühüm rol oynayıb.

İ.Həbibbəyli ilk dəfə olaraq MDB ölkələri arasında magistratura təhsilinin akademiyada tətbiqinin nəzərdə tutulduğunu qeyd edib. Alim AMEA-da elmi kadr hazırlığı, doktorantura təhsilinin təkmilləşdirilməsi üzrə mühüm tədbirlərin görüldüyünü qeyd edib. Onun sözlərinə görə, cari il iyunun 30-da AMEA-nın ümumi yığıncağında qəbul olunmuş müstəqil nizamnamədə ilk dəfə olaraq akademiyanın sahibkarlıqla məşğul olmasına dair müddəalar da əksini tapıb.

Akademik R.Əliquliyev elm sahəsində keçirilən islahatların Azərbaycan elminin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. O, qloballaşma dövründə informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması Azərbaycanın mövcud intellektual potensialının qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi zərurətini önə çəkib.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü elm siyasətindən bəhs edən akademik qeyd edib ki, əldə olunan uğurlu elmi nəticələr “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğundur. “Hazırda dövlətimizin əsas strateji hədəflərindən biri intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulmasıdır” – deyə bildirən R.Əliquliyev ölkədə “start-up”-lar, texnoparklar və innovasiya mərkəzlərinin formalaşma mərhələsində olduğunu diqqətə çatdırıb.

Akademik F.Qədirov neft-qaz yataqları və onların işlədilmə pinsiplərinin hazırlanmasında AMEA alimlərinin böyük rol oynadığını vurğulayıb. Bildirib ki, yeni neft-qaz yataqlarının kəşf olunması üçün yeni metodlara ehtiyac duyulur. Hazırda AMEA-nın institut və təşkilatlarında xarici və yerli neft şirkətlərinin sifarişi əsasında fundamental tədqiqatlar aparılır.

Kimya elminin əhəmiyyətindən söz açan akademik D.Tağıyev texnoparkların daha da inkişaf etdirilməsinin zəruriliyindən danışıb.

AMEA alimləri və AR Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, AR Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev və Sahibkarlar Konfederasiyasının Elm təhsil komissiyasının sədri Eldar Qəhrəmanov elmin biznesə tətbiqi mövzusunda fikir mübadiləsi aparıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı