Antiplagiat sistemlərində multimedia kontentlərinin yoxlanılması məsələləri müzakirə olunub İyun 01, 2022 | 11:03 / Konfranslar, iclaslar

Plagiatlıq kibercinayətkarlığın bir növü olmaqla, başqa müəllifə mənsub olan fikir və ideyaların öz adından təqdim olunması prosesidir.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi informasiya və elmmetriya şöbəsinin növbəti onlayn elmi seminarında məlumat verilib. İnstitutun baş mütəxəssisi Firudin Əsgərov “Antiplagiat sistemlərində multimedia kontentlərinin yoxlanılması məsələləri” mövzusuna həsr edilmiş məruzə ilə çıxış edib.

Məruzəçi plagiatlıq anlayışı, onun növləri, yoxlanılması prosesi, eləcə də bu sahədə lazım olan tətbiqi proqramlar haqqında məlumat verib, multimedia kontentlərinin yoxlanılmasından bəhs edib.

Öncə plagiatlığın növlərindən bəhs edərək onun mətn və mənbə kodu plagiatlğı növlərinin olduğunu diqqətə çatdırıb, aşkarlanması prosesinin isə həm fiziki şəxslər tərəfindən, həm də avtomatik şəkildə həyata keçirilməsinin mümkünlüyünü qeyd edib.

Həm elmi, həm də siyasi mühitdə plagiatlıq faktlarının olduğunu söyləyən F.Əsgərov  plagiatlıqla mübarizə üsullarına hüquqi, ictimai qınaq, maarifləndirmə metodlarının aid olduğunu vurğulayıb. Söyləyib ki, plagiatlıqla mübarizə vasitələrinə veb əsaslı (sayt üzərindən) və tətbiqi proqram təminatı daxildir.

Sonra o, multimedia fayllarının antiplagiat sistemlərində yoxlanılması prosesindən də söhbət açıb. Bildirib ki, “Youtube” videolarının təsvir bölməsindəki mətnlər, videofaylın stenoqramı, şəkil formatı və s. bu prosesdə əhəmiyyətli rol oynayır: “Shazam”, “SoundHound”, “Musixmatch”, “Musipedia” multimedia fayllarının antiplagiat sistemlərində yoxlanılması üçün lazım olan tətbiq proqramlarıdırlar.”

Daha sonra tədqiqatçı seminar iştirakçılarının suallarını cavablandırıb.

Sonda şöbə müdiri Mədinə Səidova məruzə ilə bağlı fikirlərini bölüşüb, antiplagiat sistemlərində multimedia kontentlərinin yoxlanılması ilə bağlı aparılan araşdırmaların daha da dərinləşdirilməsi istiqamətində tövsiyələr verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı