Elektron kitabxanaların yaradılması sahəsində beynəlxalq təcrübə araşdırılır May 25, 2022 | 11:19 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi informasiya və elmmetriya şöbəsinin elektron kitabxanaların yaradılması məsələlərinə həsr olunmuş onlayn elmi seminarı keçirilib.

Şöbənin əməkdaşı Dilbər Əlizadə “Elektron kitabxanaları yaradılması məsələləri: beynəlxalq təcrübə” mövzusunda məruzə ilə çıxış edərək elektron kitabxana anlayışı, onların yaranma tarixi və müasir elektron kitabxanalar haqqında məlumat verib.

Məruzəçi diqqətə çatdırıb ki, elektron kitabxana rəqəmsal obyektlərdən – mətn, vizual, audio və video materiallardan ibarət xüsusi kitabxanadır. Məkan və zaman sərhədinin olmaması, informasiyanın əlçatanlığı, qorunması və s. onun əsas üstünlüklərindəndir.

O, elektron kitabxanaların yaranma tarixindən bəhs edərək söyləyib ki, ilk dəfə 1895-ci ildə P.Otli və H.La Fontin dünya biliklərini sistemli şəkildə toplamaq, həmçinin kataloqlaşdırmaq üçün cəhd göstəriblər: “1938-cil ildə H.G.Wellin “Dünya Beyni” (“World Brain”) adlı kitabı işıq üzü görüb. Kitabda “dünya ensiklopediyası” ideyası irəli sürülmüşdür. 1945-cil ildə V. Buş “The Atlantic” jurnalında nəşr etdirdiyi “As we may think” məqaləsində isə “Memeks” cihazının konsepsiyasını irəli sürüb.”

Sonra “Quttenberq layihəsi” haqqında danışan D.Əlizadə bildirib ki, bu, 1971-ci ildə Amerika yazıçısı M.S.Hart tərəfindən mədəni əsərlərin rəqəmsallaşdırılması və arxivləşdirilməsi, həmçinin elektron kitabların yaradılması və yayılmasını təşviq etmək üçün könüllü olaraq təsis edilən ən qədim rəqəmsal layihə hesab olunur.

Tədqiqatçı müasir elektron kitabxanalardan da bəhs edib. Qeyd edib ki, “CiteSeerX” 1997-ci ildən fəaliyyət göstərən kompüter və informasiya elmləri sahələrində elmi və akademik məqalələr üçün ictimai axtarış sistemi, eləcə də rəqəmsal kitabxanadır. “CiteSeerX”, “Google Scholar” və “Microsoft Academic Search” kimi akademik axtarış vasitələrinin sələfi hesab olunur.

O, müasir kitabxanalardan biri olan “Çin Mətn Layihəsi” (“Chinese Text Project”) haqqında da məlumat verib. Nəzərə çatdırıb ki, layihə ilk Çin mətnlərinin kolleksiyalarını toplayan rəqəmsal kitabxana olub Çin fəlsəfəsi ilə bağlı kitabları özündə əks etdirir.

“Tədqiqat Kitabxanaları Mərkəzi (Center for Research Libraries – CRL) Şimali Amerika universitetləri, kollecləri və müstəqil tədqiqat kitabxanalarının konsorsiumudur. Konsorsium tədqiqat və tədris üçün ənənəvi, eləcə də rəqəmsal resursları əldə edir”.

D.Əlizadə müasir elektron kitabxanalardan hesab edilən “Google Books”un isə 2004-cü ildə “Google” şirkətinin təqdim etdiyi faydalı xidmət növlərindən biri olduğunu diqqətə çatdırıb.

Tədqiqatçı seminar iştirakçılarının suallarını cavablandırıb.

Sonda şöbə müdiri Mədinə Səidova məruzə ilə bağlı fikirlərini bölüşüb, müasir elektron kitabxanalar ilə bağlı aparılan araşdırmaların daha da dərinləşdirilməsi istiqamətində tövsiyələr verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı