İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Fəxri Fərmanla təltif edilib Noyabr 28, 2014 | 03:32 / Yubileylər

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev anadan olmasının 50, elmi-təşkilati fəaliyyətinin 25 illiyi münasibətilə institutun Fəxri Fərmanı ilə təltif olunub.

Fərmanı yubilyara təqdim edən institutun direktoru, AMEA-nın akademik katibi, akademik Rasim Əliquliyev Y.İmamverdiyevin yüksək peşəkarlıq səviyyəsi, səmərəli və məhsuldar fəaliyyəti, əldə etdiyi nailiyyətləri ilə hər zaman rəhbərliyin və kollektivin diqqət mərkəzində olduğunu söyləyib. Bildirib ki, Y.İmamverdiyevə xas olan insanpərvərlik, əməksevərlik, həssaslıq və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlər kollektivdə ona böyük hörmət və rəğbət qazandırmışdır. 

Qeyd edək ki, Yadigar İmamverdiyev 2005-ci ildən institutda şöbə müdiri vəzifəsində çalışır. 

2006-cı ildə “Elliptik əyrilərdə asimmetrik kriptoqrafik sistemlərin sintezi üçün üsul və alqoritmlərin işlənməsi” mövzusu üzrə dissertasiya işini müdafiə etmiş, 05.13.01 - Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru adını almışdır. 

Azərbaycan Respublikasında elektron imza infrastruktunun və biometrik eyniləşdirmə sisteminin yaradılması məsələlərinə həsr edilmiş bir sıra elmi və elmi-populyar məqalələrin müəllifidir. 

Hazırda e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi, biometrik texnologiyalar, sosial şəbəkələr və risklərin qiymətləndirilməsi sahəsində tədqiqatlar aparır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı