“Red Hat Ansible Automation Platform” haqqında araraşdırmalar aparılıb May 10, 2022 | 08:55 / Konfranslar, iclaslar

“Red Hat Ansible Automation Platform” konfiqurasiyanın idarə edilməsi sistemi olub proqram təminatının yazılması, konfiqurasiyaların avtomatlaşdırılması və yerləşdirilməsi üçün istifadə olunur. Bu, əsasən “Linux” qovşaqlarını idarə etmək üçün nəzərdə tutulsa da, “Windows” əməliyyat sistemini də dəstəkləyir.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin növbəti onlayn elmi seminarında məlumat verilib.

AzScienceNet elm kompüter şəbəkəsinin mühəndis-proqramlaşdırıcısı Səməd Dursunov “Red Hat Ansible Automation Platform haqqında” adlı məruzə ilə çıxış edərək “Ansible” sistemi barədə danışıb. Diqqətə çatdırıb ki, ilk versiyası 2012-ci ildə hazırlanmış bu platformanın müəllifi Michael DeHaan olub. Sistem qovşaqlara qoşularaq onlara “Ansible modullar” adlı skriptlər göndərməklə işləyir. “Ansible” bu modulları yerinə yetirir, bitdikdən sonra isə onları silir.

Modul kitabxanasının istənilən maşında yerləşə bildiyini, serverlər, demonlar, eləcə də verilənlər bazası tələb etmədiyini söyləyən S.Dursunov modulların administrator tərəfindən də yazıla bildiyini vurğulayıb. Bildirib ki, birdən çox modul eyni kodu istifadə etdikdə Ansible təkrarlanmanı və xidməti minimuma endirmək üçün onları modul utilitləri kimi yadda saxlayır.

Sonra o, plaginlər haqqında söhbət açaraq onların sistemin əsas funksionallığını tamamladığını nəzərə çatdırıb: “Modullar hədəf sistemdə ayrı-ayrı proseslərdə işlədiyi halda, plaginlər “/usr/bin/ansible” prosesi altında idarəetmə hostunda işləyir. Plaginlər bu platformanın əsas funksionallığı üçün seçimlər və genişləndirmələr təklif edir”.

Tədqiqatçı bildirib ki, Ansible playbooks” isə skriptlərdən istifadə edərək kompüterlərə əmrlər göndərmək üçün istifadə olunur. Komanda xəttindən kompüterləri uzaqdan konfiqurasiya etmək məqsədi ilə əmrlərdən fərdi istifadə etmək əvəzinə, bir skripti bir və ya bir neçə sistemə ötürməklə bütün mürəkkəb mühitləri konfiqurasiya etmək mümkündür.

Daha sonra S.Dursunov seminar iştirakçılarının suallarını cavablandırıb.

Sonda institutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov mövzu ilə bağlı təklif və tövsiyələrini səsləndirib, “Red Hat Ansible Automation Platform” ilə bağlı araşdırmalarının dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı