“Paylanmış hesablama sistemləri: inkişaf mərhələləri, problemlər və həlli yolları” adlı kitab çap olunub May 04, 2022 | 03:33 / Yeni nəşrlər

Paylanmış hesablama sistemlərinin yaradılması bu gün kompüter elmləri və proqram mühəndisliyinin qarşısında duran ən aktual məsələlərdən biridir. İnternetə qoşulmuş çoxlu sayda kompüterlərin birgə işləməsi əsasında yaradılan yüksək məhsuldarlığa malik paylanmış hesablama sistemlərinə daha perspektivli sistemlər kimi baxılır.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovun müəllifi olduğu yeni kitabda məlumat verilib.

“Paylanmış hesablama sistemləri: inkişaf mərhələləri, problemlər və həlli yolları” adlı yeni nəşrin elmi redaktoru institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyevdir.

Kitabda paylanmış hesablama sistemlərinin inkişaf mərhələləri, imkanları, arxitekturası, təhlükəsizlik məsələləri və meydana çıxan problemlər, eləcə də onların həlli yollarından bəhs edilib.

Həmçinin burada paylanmış hesablama sistemlərinin yaradılmasında istifadə edilən bir çox texnologiyaların: çoxprosessorlu, “cluster computing”, “grid” və “cloud” paylanmış hesablama sistemlərinin arxitektur-texnoloji prinsipləri və tətbiq sahələri analiz edilib,  şəbəkə texnologiyaları əsasında yaradılan bulud hesablama sistemlərinin resurslarının klasterləşməsi, virtuallaşması, modelləri və xidmətləri haqqında geniş məlumat verilib.

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş yeni vəsait AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının qərarı ilə çapa tövsiyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı