Bulud əsaslı intellektual elektron kitabxanaların yaradılması prinsipləri təhlil olunub Aprel 26, 2022 | 11:02 / Konfranslar, iclaslar

Bulud texnologiyaları böyük miqyaslı tətbiqləri yerləşdirə bilən perspektivli bir infrastrukturdur. Bulud hesablama istifadəçilərə məlumatların saxlanılması, emalı və s. kimi bir sıra imkanlar verir. İstifadəçilərin müxtəlif resurslara və məlumatlara müraciəti rahat interfeys vasitəsilə təmin olunur.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi informasiya və elmmetriya şöbəsinin onlayn elmi seminarında məlumat verilib.

Şöbənin əməkdaşı Dilbər Əlizadə “Bulud əsaslı intellektual elektron kitabxanaların yaradılması prinsipləri” mövzusunda məruzə ilə çıxış edərək hazırda bir çox sənəd və məlumatların  rəqəmsallaşdırıldığını  və “bulud”larda saxlanıldığını qeyd edib. Diqqətə çatdırıb ki, ötən əsrin ortalarında e-kitabxanalarda informasiya floppi disklərdə saxlanıldığı üçün böyükhəcmli məlumatların arxivləşdirilməsi mümkün olmayıb.

“Təklif olunan modeldə həm ümumi bir bulud, həm də ayrı-ayrı istifadəçilər üçün bulud yaradılması nəzərdə tutulmuşdur”, - deyən məruzəçi bildirib ki, hər bir istifadəçi kompüterində saxladığı informasiyanı buluda yükləməklə digər kitabxana istifadəçilərinin də həmin informasiyadan istifadəsini təmin edə bilər.

Sonra o, vurğulayıb ki, son dövrlərdə kibercinayətkarlıq, fərdi məlumatlara icazəsiz giriş, plagiatlıq və s. kimi halların artması e-kitabxana mühitində də fərdi məlumatların qorunmasını zəruri edən amillərdəndir: “E-kitabxanada da qeydiyyatdan keçərkən hər bir istifadəçi öz fərdi məlumatlarını (ad, soyad, e-mail və s.) burada qeyd etməlidir.”

Mükafatlandırma sistemi haqqında məlumat verən tədqiqatçı söyləyib ki, sistemin məqsədi istifadəçilərə stimul vermək, bu sistemi e-kitabxanaya tətbiq etməklə hər bir kitabxana iştifadəçisini fəaliyyətindən asılı olaraq ballarla qiymətləndirmək və onları daha aktiv fəaliyyət üçün motivasiya etməkdən ibarətdir.

D.Əlizadə tövsiyə sistemlərindən də söhbət açaraq qeyd edib ki, bu sistemlər istifadəçilərin ən çox müraciət etdikləri resursların reytinqini müəyyən edir. Tövsiyə sistemlərinin e-kitabxanalara tətbiqi istifadəçilərə onların sorğuları əsasında həmin məzmunda digər resursları təklif edir.

Daha sonra tədqiqatçı seminar iştirakçılarının suallarını cavablandırıb.

Sonda şöbə müdiri Mədinə Səidova məruzə ilə bağlı fikirlərini bölüşüb, bulud əsaslı intellektual elektron kitabxanalar ilə bağlı aparılan araşdırmaların daha da dərinləşdirilməsi istiqamətində tövsiyələr verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı