İnstitutun baş mütəxəssisi Əfruz Qurbanovanı 60 illik yubileyi münasibətilə təbrik edirik! Sentyabr 23, 2021 | 04:02 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Əfruz Qurbanova anadan olmasının 60 illik yubileyi münasibətilə institutun Fəxri Fərmanı ilə təltif edildi.

Fərman institutun elmi seminarında Həmkarlar Təşkilatının sədri Səyyar Abdullayev tərəfindən yubilyara təqdim olundu.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev Əfruz Qurbanovanı ürəkdən təbrik etdi, yüksək peşəkarlıq səviyyəsi, məhsuldar elmi fəaliyyəti, əldə etdiyi nailiyyətləri ilə hər zaman rəhbərliyin diqqət mərkəzində olduğunu söylədi. Alim bildirdi ki, Ə.Qurbanovaya xas olan insanpərvərlik, əməksevərlik və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlər kollektivdə ona böyük hörmət və rəğbət qazandırıb.

Qeyd edək ki, Əfruz Qurbanova 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsini bitirib və təyinatla Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə işə qəbul olunub. 1984-cü ildən 2018-ci ilə qədər proqramçı, elmi işçi, sektor müdiri vəzifələrində çalışıb.

AMEA-nın www.science.az portalının və institutun www.ict.az saytının yaradılmasında iştirak edib. www.science.az portalının informasiya təminatına rəhbərlik edib. Virtual məkanda Azərbaycan dilinin vəziyyəti, istifadə səviyyəsi istiqamətində araşdırmalar aparıb, virtual məkanda Azərbaycan dilinin təsbit olunması və onun terminoloji bazasının qorunması ilə əlaqədar təkliflər hazırlayıb.

Ə.Qurbanovanın apardığı tədqiqatlar çərçivəsində Milli Terminoloji İnformasiya Sisteminin konseptual modeli işlənib və veb-portalı yaradılıb. Tədqiqatçı 30-a yaxın elmi əsərin müəllifidir ki, onlardan 10-u nüfuzlu elmi jurnallarda nəşr olunub.

Hazırda Ə.Qurbanova milli terminoloji informasiya sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi istiqamətində elmi araşdırmalar aparır. Azərbaycanda formalaşan e-elm mühiti çərçivəsində veb-infrastrukturun və onun əhatə etdiyi veb-saytların yaradılması ilə bağlı elmi-metodiki dəstəyin həyata keçirilməsində, həmçinin müxtəlif müəssisələrin veb-saytlarının yaradılmasında iştirak edir.

İnstitutun kollektivi Əfruz xanımı anadan olmasının 60 illiyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi fəaliyyətində yeni nailiyyətlər arzulayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı