The Financial Times: "Amazon" Kembricdə pilotsuz təyyarələri sınaqdan keçirəcək Noyabr 13, 2014 | 11:45 / Maraqlı məlumatlar

ABŞ-ın "Amazon" şirkəti Kembricdə (Böyük Britaniya) bağlamaların çatdırılması məqsədilə pilotsuz təyyarələri sınaqdan keçirməyi planlaşdırır.  Bu barədə məlumatı The Financial Times yazıb. Qəzetin məlumatına görə, şirkət hələ ötən il Prime Air xidmətinin işə salınması barədə qərara gəlmişdir. Layihənin məqsədi bağlamaları milyonlarla müştəriyə sifarişdən dərhal sonra, yarım saat ərzində çatdırmağı nəzərdə tutur.

www.gazeta.ru saytının məlumatına görə, hazırda "Amazon" Kembricdə Evi Technologies startapına vakansiyalar elan edib. ABŞ internet-nəhəngi Prime Air layihəsiylə bağlı olan bu şirkəti iki il əvvəl alıb. Evi Technologies pilotla və ya pilotsuz idarə olunan uçuş qurğularında vətəndaş və ya hərbi aviasiya sahəsində ən azı 5 il iş təcrübəsi olan mühəndis və ekspertləri dəvət edir.

Ümumiyyətlə, son 5 ildə "Amazon"  Böyük Britaniyada öz fəaliyyətini genişləndirmişdir.  Şirkətin London və Edinburq şəhərlərində mərkəzləri yerləşir.

"Amazon", həmçinin bağlamaların çatdırılması üçün taksiləri sınaqdan keçirir. Bildirilir ki, Deutsche Post DHL dərmanları da pilotsuz təyyarələrdə çatdırmaq qərarına gəlib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı