Fəlsəfə doktoru hazırlığı üçün ixtisas üzrə doktoranturaya qəbul imtahanı keçirildi Aprel 01, 2021 | 04:04 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2021/2022-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq keçirildi. İmtahanda “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə 2, “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə 1 və “Kompüter elmləri” ixtisası üzrə 1 iddiaçı iştirak edirdi.

Qeyd edək ki, AMEA-nın prezidentinin 12 mart 2021-ci il tarixli 34 saylı “AMEA-da doktoranturaya və dissertanturaya qəbulun keçirilməsi haqqında” sərəncamına əsasən institutda doktoranturaya qəbul imtahanının keçirilməsi üçün komissiyalar yaradılmışdır.

Komissiyanın sədri AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, üzvləri – şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov və mühəndis-proqramlaşdırıcılar Həcər ƏliyevaNuranə Əlizadədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı