İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Çex Respublikasında ezamiyyətdə olublar Noyabr 06, 2014 | 12:44 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyə dəstəyilə həyata keçirilən qrant layihələri çərçivəsində institutun əməkdaşları, şöbə müdirləri, texnika elmləri doktoru Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev oktyabrın 27-31-də Çex Respublikasında elmi ezamiyyətdə olublar. Səfər Çex Milli Elm və Təhsil Kompüter Şəbəkəsinin (CESNET - Czech National Research and Education Network) infrastrukturu, şəbəkə xidmətləri və elmi-tədqiqat fəaliyyəti ilə tanışılıq məqsədini daşıyırdı.

CESNET-in direktoru professor İan Qruntorad ilə görüşdə institutun əməkdaşları AMEA İTİ-nin direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevin təqdimat məktubu və əməkdaşlıq müqaviləsini, həmçinin İTİ-nin fəaliyyəti haqqında rəsmi məlumatları ona təqdim ediblər.

Görüş zamanı R.Alıquliyev və Y.İmamverdiyev İTİ-nin əsas fəaliyyət istiqamətləri, o cümlədən AzScienceNet şəbəkəsində istifadəçilərə göstərilən xidmətlər (hosting, elektron poçt, elektron kitabxana, distant təhsil, kloud kompyutinq, AzScienceCERT, eduroam və s.) haqqında məlumatları diqqətə çatdırıblar. Professor İ. Qruntorad hələ 1990-cı illərdə elm kompüter şəbəkələri ilə əlaqədar Bakıya səfərini xatırlayaraq hazırda AzScienceNet-də görülən işlərin onda böyük təəssürat və maraq oyatdığını vurğulayıb. İnstitutun əməkdaşları qurumda yerinə yetirilən qrant layihələri, o cümlədən elmi tədqiqatlarda plagiatlığın aşkarlanması və səs üzrə biometrik texnologiyalar ilə bağlı görülən işlərdən də danışıblar.

Daha sonra institutun əməkdaşları CESNET-in şəbəkə monitorinqi və informasiya təhlükəsizliyi departamentinin rəhbəri Dr. Tom Kosnar və digər bölmələrin əməkdaşları ilə görüşüblər. Onlara CESNET-in əsas fəaliyyət istiqamətləri, şəbəkə infrastrukturu, istifadəçilərə göstərilən xidmətlər, aparılan elmi-tədqiqatlar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, CESNET ümumavropa GEANT şəbəkəsinin səhmdarı və qurucularından biridir və bir sıra regional infrastruktur layihələrində yaxından iştirak edir. 150-dən artıq əməkdaşın fəaliyyət göstərdiyi şəbəkədə praktiki işlərlə yanaşı, müxtəlif istiqamətlərdə, o cümlədən, optik şəbəkələrin qurulması texnologiyaları, yüksək məhsuldarlıqlı hesablamalar, kloud kompyutinq və informasiya təhlükəsizliyi üzrə elmi araşdırmalar da aparılır. Həmçinin CESNET-in ölkə üzrə infrastrukturunun genişləndirilməsi ilə bağlı tədbirlər görülür.

Görüşlər çərçivəsində, həmçinin CESNET və AzScienceNet-in oxşar layihələr həyata keçirdiklərindən iki qurum arasında əməkdaşlıq perspektivlərinin yüksək potensiala malik olduğu vurğulanıb. Müvafiq sahələrdə birgə layihələrin həyata keçirilməsi, kadr və təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün əhəmiyyətli olduğu vurğulanıb, qarşılıqlı anlaşma memorandumunun imzalanması barədə razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı