İnformasiya Texnologiyaları İnstitutu plana uyğun doktoranturaya və dissertanturaya qəbul elan edir Sentyabr 16, 2020 | 05:20 /

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov institutun onlayn iclasında 2020-ci il üçün doktoranturaya və dissertanturaya qəbul haqqında məlumat verib.

O, bildirib ki, AMEA AR Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq olunmuş AR ali təhsil müəssisələrinin, elmi təşkilatların 2020-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planına əsasən, 2020-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edib. Doktorantura və dissertanturaya sənədləri sentyabrın 14-dən oktyabrın 7-dək təqdim etmək lazımdır.

F.Yusifov müvafiq plana əsasən, İnformasiya Texnologiyaları İnstitutu üçün ayrılmış plan yerləri haqqında məlumat verərək qeyd edib ki, “Kompüter elmləri” istiqaməti üzrə 2 yer (1 əyani, 1 qiyabi),  "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi".  istiqaməti üzrə 2 yer (1 əyani, 1 qiyabi), “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi” üzrə 1 yer (qiyabi), müvafiq ixtisaslar üzrə dissertanturaya 3 yer, elmlər doktoru proqramı üzrə dissertanturaya isə 1 yer nəzərdə tutulub.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev doktorantura və dissertanturaya qəbul zamanı yüksək keyfiyyətli kadrların seçilməsi, tədqiqat mövzuları müəyyənləşdirilərkən aktual elmi problemlərə üstünlük verilməsi, eləcə də elmi rəhbərlərin bu prosesdə fəal iştirakının vacibliyini vurğulayıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı