İnstitutun əməkdaşı telekonfrans vasitəsilə beynəlxalq tədbirdə məruzə ilə çıxış etdi Noyabr 03, 2014 | 05:12 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Fərqanə Abdullayeva Avstriyanın Vyana şəhərində təşkil olunmuş “The IEEE 3rd  International Conference on Connected Vehicles and Expo”  adlı konfransda “gotomeeting” sistemi əsasında telekonfrans vasitəsilə məruzə ilə çıxış etdi.  

İnstitutun 11 saylı şöbəsinin texniki dəstəyi ilə həyata keçirilən telekonfransda F.Abdullayeva institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev ilə həmmüəllifi olduğu “Buludların federallaşması üçün risk faktorlarının idarəedilməsi metodu” (“Development of risk factor management method for federation of clouds”) mövzusunda məruzəni təqdim etdi.

Buludların federallaşması üçün risk faktorlarının idarə edilməsi istiqamətində təklif etdiyi metod haqqında məlumat verən F.Abdullayeva federallaşmanın bulud texnologiyaları üçün Buyya tərəfindən irəli sürülən əsas prinsiplərinin siyahısında birinci mövqedə göstərildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, buludların federallaşması elmi-tədqiqat işlərində adətən identifikasiyaların federallaşması hesabına təmin olunur.

İdentifikasiyaların federallaşması problemlərindən danışan məruzəçi informasiya təhlükəsizliyi, identifikasiya provayderinin aşkarlanması, gizlilik, interoperabellik, arxitektura və s. ilə bağlı problemlərin mövcud olduğunu söylədi.

Onun sözlərinə görə, bu problemlərin həlli və ad hoc federallaşmanın təmin edilməsi üçün federallaşmanın risk qiymətləndirilməsi əsasında həyata keçirilməsi vacibdir.

Qiymətləndirmənin aparılması üçün risk faktorlarının seçiminin aparıldığını qeyd edən F.Abdullayeva faktorların çəki əmsallarının hesablanması üçün Analitik İyerarxiyalar Prosesi metodologiyasından istifadə olunduğunu söylədi. Qeyri-səlis məntiqi çıxarış texnologiyasından istifadə edərək provayderin risk qiymətinin hesablandığını vurğuladı.

Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı