Dissertasiya Şurasının növbəti iclası keçirildi Oktyabr 31, 2014 | 05:00 / Konfranslar, iclaslar

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya Şurasının növbəti iclası keçirildi.

Şuranın sədr müavini, texnika elmləri doktoru, professor Ələkbər Əliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək, iclasın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” və 1203.01 - “Kompüter elmləri” ixtisasları üzrə dissertasiya işlərinin təqdimi və kuratorların təsdiqi məsələlərinə həsr edildiyini bildirdi.

İclasda texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Rəna Qasımovanın “Milli domen adlarının intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi”, Aytən Hüseynovanın “Korporativ kompüter şəbəkələrində İnternet xidmətlərin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” və Səkinə Ağazadənin “Tibb müəssisələrinin fəaliyyətinin səmərəliyinə informasiya sistemlərinin təsirinin qiymətləndirilməsi üçün model və metodların işlənilməsi” mövzularında dissertasiya işləri təqdim edildi, kuratorlar təyin olunaraq təsdiq olundu.

İddiaçı R.Qasımovanın dissertasiya işi üzrə kuratorlar texnika elmləri doktoru Ramiz Alquliyev və texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev, A.Hüseynovanın dissertasiya işi üzrə kuratorlar texnika elmləri doktoru Nadir Ağayev və texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov, S.Ağazadənin dissertasiya işi üzrə isə texnika elmləri doktoru, professor Məsumə Məmmədova və  texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova təyin olundular. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı