“Ağıllı” sarğı xroniki yaraları müalicə edəcək Fevral 17, 2020 | 10:20 / Texnoloji yeniliklər

ABŞ mühəndisləri xroniki yaraların müalicəsini sürətləndirə bilən, simsiz “ağıllı” sarğı hazırlayıblar. “Ağıllı” sarğı 3D printerdə çap edilmiş miniatür iynələr ilə təchiz olunub.

Diabetik xora, cərrahi yara, yanıq nəticəsində yaranmış yaralar və həmçinin yataq xoraları da daxil olmaqla xroniki yaraların müalicəsi əsasən çox mürəkkəb olur. 1994-cü ildə Lazarus tərəfindən verilən tərifə əsasən sağalmayan və ya müalicəyə cavab verməyən yaralara xroniki yaralar deyilir.

Konnektikut Universiteti, Nebraska-Linkoln Universiteti və Harvard Tibb Məktəbinin alimləri tərəfindən hazırlanan “ağıllı” sarğı pasientlərin bandajı tez-tez dəyişdirmək ehtiyacını aradan qaldırır. Qurğudakı iynələr xəstəni incitmədən və iltihaba səbəb olmadan yaranın daha dərin qatlarına nüfuz edə bilir. 

nanonewsnet.ru saytının məlumatına görə, miniatür iynələrin köməyilə “ağıllı” sarğı dərmanın dozasını tənzimləyə bilir.

Qurğu əvvəlcə hüceyrələrdə, sonra diabet xəstəliyi olan siçanlarda sınaqdan keçirilib. “Ağıllı” sarğı sayəsində bu siçanlarda yaraların tam sağalması müşahidə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı