“Elm və həyat” jurnalının Redaksiya heyətinin yeni tərkibi təsdiqlənib Fevral 17, 2020 | 09:13 / Mühüm hadisələr

AMEA-nın “Elm və həyat” jurnalının zəngin ənənələrinin müasir dövrün elmi-kütləvi nəşr tələblərinə uyğun, yüksək poliqrafik tərtibatda davam etdirilməsi məqsədilə Redaksiya heyətinin tərkibində dəyişiklik edilib.

Bu barədə qərar AMEA Rəyasət Heyətinin fevralın 14-də keçirilən iclasında verilib.

Xatırladaq ki, 1961-ci ildən nəşr olunan “Elm və həyat” jurnalı yarandığı ilk dövrlərdən öz səhifələrində dünyanın və Azərbaycanın görkəmli alimlərinin elmi əsərlərinin nəticələrinin işıqlandırılmasına, elmi nəticələrin həyat və cəmiyyətin inkişafı ilə əlaqələndirilməsinə, gənc alimlərin apardığı elmi işlərin nəticələrinin təbliğinə geniş yer ayırmaqla, bütün dünyada ənənə halını almış elmin populyarlaşdırılmasına layiqli töhfələrini verib.

Qeyd edək ki, akademik Ramiz Mehdiyevin sədrlik etdiyi redaksiya heyətinin üzvlərindən biri də AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı