Bükülən ekrana malik smartfon təqdim olunub Fevral 13, 2020 | 08:57 / Texnoloji yeniliklər

Cənubi Koreyanın “Samsung” şirkəti bükülən ekrana malik “Galaxy Z Flip” və “Galaxy S20”nin 120 hers yenilənmə tezlikli ekranla təchiz olunmuş 3 yeni versiyasını təqdim edib.

“Galaxy Z Flip” “Galaxy Fold”dan sonrakı qurğuların növbəti nəslinə aid olan, elastik ekrana malik yeni smartfondur. O, öz sələfindən fərqli olaraq, açılmış formada adi smartfondan demək olar ki, heç nə ilə seçilmir. Büküldükdə kvadrat formalı kiçik qurğuya çevrilir. Elastik şüşənin 200 min bükülməyə davam gətirəcəyi gözlənilir.

hightech.fm saytının məlumatına görə, qurğu 6,7 düymlük əsas və 1,1 düymlük əlavə OLED ekranla təchiz edilib. Minidispley kamera üçün nişanlayıcı kimi də istifadə oluna bilər.

Fevral ayında “parlaq ametist” və “qara almaz” rənglərində satışa çıxarılacaq qurğunun qiyməti təxminən 1900 ABŞ dolları təşkil edəcək.

“Samsung Galaxy S20”, “S20+” və “S20 Ultra” smartfonları müvafiq olaraq, 6,2, 6,7 və 6,9 düym diaqonallara malik AMOLED ekranlarla təchiz olunub. Ekranlar “HDR10+” texnologiyasını dəstəkləyir.

“Galaxy S20” iki ədəd 12 meqapiksellik kamera və 64 meqapiksel təsvir ölçülü teleobyektivlə, “S20+” isə əlavə olaraq, üçölçülü obyektlərin çəkilişi üçün daha bir kamera ilə təchiz edilib. “S20 Ultra” iki ədəd 12 və 108 meqapiksellik genişbucaqlı kameraya malikdir, həmçinin 8K formatlı keyfiyyətli video çəkilişini dəstəkləyir.

Hər üç qurğu 5 min milliamper/saat tutumlu batareyaya və 5G moduluna malikdir. “Galaxy S20”, “S20+” və “S20 Ultra” smartfonları mart ayında satışa çıxarılacaq, qiymətləri isə müvafiq olaraq, 1110, 1270 və 1585 ABŞ dolları təşkil edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı