AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şəbəkə infrastrukturu yenidən qurulmuşdur Oktyabr 27, 2014 | 01:00 / Mühüm hadisələr

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin lokal kompüter şəbəkəsi yenidən qurularaq, fiber optik kabel vasitəsilə AzScienceNet elm kompüter şəbəkəsinə (EKŞ) qoşulmuşdur. Bununla da muzeyin əməkdaşları AzScienceNet-in imkanları və xidmətlərindən (Eduroam, Cloud Computing, Hosting, e-mail və s.) tam istifadə və yüksəksürətli İnternetə çıxış ilə təmin olunmuşlar. 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərovun sözlərinə görə, görülən işlər muzeyin gələcək fəaliyyətinin daha səmərəli təşkilinə, alim və mütəxəssislərinin Avropa elmi mühitinə inteqrasiya olunmasına, dünyanın tanınmış beynəlxalq elmi bazalarından geniş istifadəsinə, o cümlədən muzeyi veb-sayt vasitəsilə virtual olaraq izləməyə imkan yaradacaq. 

Beləliklə, AMEA-nın 31 institut və təşkilatı fiber optik kabel vasitəsilə AzScienceNet şəbəkəsinə qoşularaq genişzolaqlı İnternet istifadəçisinə çevrilmişdir. Yaxın zamanda AMEA Dendrologiya İnstitutunun da bu şəbəkəyə qoşulması planlaşdırılır.

Qeyd edək ki, ilin sonunadək AzScienceNet EKŞ-nin İnternetə çıxış surətinin 300 Mb/san-ə çatdırılması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı