Dünyanın ən böyük teleskopu Günəş səthinin müfəssəl şəklini çəkib Yanvar 30, 2020 | 09:03 / Maraqlı məlumatlar

Amerika Birləşmiş Ştatlarının Milli Elm Fondu (MEF) dünyanın ən böyük yerüstü teleskopu – “Daniel K. Inouye Solar Orbiter Telescope” vasitəsilə Günəş səthinin 30 km məsafədən əks olunan müfəssəl fotoşəkillərini çəkib.

MEF-in verdiyi məlumata görə, əldə olunan bu məlumatlar alimlərə Günəşin fəaliyyətini daha dərindən anlamağa və onun barəsində yeni biliklər əldə etməyə kömək edəcək.

Teleskopun çəkdiyi bu fotoşəkillərdə Günəş səthinin “qaynar” plazma ilə yaxınlaşması açıq-aydın görünür. “Dama-dama struktur”u onun içərisindən yuxarıya meyllənir, kənardan içəri tərəflərə doğru istiqamətlənir. Beləliklə, enerji periferik axın edir.

Mütəxəssislərin sözlərinə görə, adıçəkilən struktur təxminən ABŞ-ın Texas ştatının ölçüsündədir. O, isti, coşqun  qaz və ya plazmanın konvektiv kütlələrindən ibarətdir.

“Bizim artıq həmkarlarımızla birgə ortaq müşahidə və tədqiqat planlarımız var. Bu heyrətamiz araşdırma olacaq” – deyə İsveçrə Fiziki Meteoroloji Rəsədxanasının professoru Luiza Harra “BBC News” telekanalının Rusiya xidmətinə verdiyi müsahibəsində bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı