İnternet-reklamın müasir vəziyyəti, inkişaf problemləri və səmərəliyinin artırılması yolları istiqamətində araşdırmalar aparılır Oktyabr 20, 2014 | 09:31 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun struktur bölmələrinin 9 aylıq fəaliyyətlərinə həsr olunmuş hesabat iclasları davam edir. Növbəti hesabatı institutun 18 saylı şöbəsinin müdiri Anar Səmidov təqdim edib. O, şöbədə "İnternet-reklamın müasir vəziyyəti, inkişaf problemləri və səmərəliyin artırılması yolları” mövzusunda araşdırmaların aparıldığını və tədqiqat nəticəsində ekspress-informasiyanın çap olunduğunu diqqətə çatdırıb.  

Şöbənin praktiki fəaliyyəti çərçivəsində görülən işlərdən danışan məruzəçi institutun yeni əmakdaşları üçün vəsiqələrin, AMEA əməkdaşlarına təbrik açıqçaları, plaket-adreslərin  hazırlandığını deyib. Bildirib ki, ekspress-informasiya kitabçaların, həmçinin  avtoreferatların, dissertasiya işlərinin  çapı və cildlənməsi də praktiki fəaliyyət çərçivəsində görülən işlərdəndir.

A.Səmidov, həmçinin elmi-pedaqoji, elmi-təşkilati fəaliyyət, respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak ilə bağlı şöbədə həyata keçirilən tədbirləri nəzərə çatdırıb.

Hesabat ətrafında müzakirələr aparılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı