İKT gənc alimlər üçün prioritet sahə ola bilər Oktyabr 17, 2014 | 11:09 / Müsahibələr, çıxışlar

“Bu gün Azərbaycanda gənc alimlər üçün prioritet istiqamətlər energetika, İKT, biotexnologiya, tibb sahəsi ola bilər”. Bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə söyləyib.

Hazırda gənc alimlərin elmi iş aparmaq üçün imkanlarının daha da genişləndiyini qeyd edən A.Əlizadə bildirib ki, son 2-3 il ərzində AMEA institutları, elmi təşkilatları və digər təhsil müəssisələrində sovet dövrünə aid qurğular yeniləri ilə əvəz edilib.

“Bu isə gənc alim üçün yaradılan əsas imkandır” – deyən akademikin sözlərinə görə, AMEA gənc alimlər üçün tez-tez müxtəlif həvəsləndirici layihələr həyata keçirir: “Eyni zamanda, Azərbaycanda impakt faktorlu elmi jurnallarda çox sayda məqalələr çap etdirən gənc alimlərə xüsusi mükafatların verilməsi nəzərdə tutulur. Bu məqsədlə AMEA büdcə vəsaiti hesabına müsabiqə elan etməyi planlaşdırır. Biz müsabiqələr elan edirik ki, gənc alimlər üçün stimul yaransın”.

ictnews.az

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı