“Dolphin1 OceanAlpha” insanları uzaq məsafədən xilas edə biləcək Yanvar 08, 2020 | 12:10 / Maraqlı məlumatlar

“CES 2020” sərgisində “Manta5” sualtı elektron velosipedi təqdim edilir. Cihazda pedallar avar vintini itələyir. “Manta5”də təkərlərin yerində qanadlar şəklində detallar yerləşdirilib. Elektron velosiped saatda 21 kilometr sürətlə hərəkət edə bilir.

“Dolphin1 OceanAlpha” boğulma təhlükəsi ilə üzləşən insanları xilas etmək üçün uzaqdan idarə olunan qurğudur. Cihaz vasitəsilə xilasedicilər özlərini təhlükəyə atmadan insanların həyatını xilas edə bilirlər.

Nümayiş etdirilən “Ocean” avtomobili tam ölçülü günəş panelinə malikdir.

Sərgidə “Honda” OK Honda sözləri ilə çağırıla bilən öz virtual köməkçisini təqdim təqdim edir.

“LG” şirkəti İnternetə qoşulmuş avtomobillər üçün əməliyyat sistemi olan “VebOS Auto”nu nümayiş etdirir. “VebOS Auto” Smart TV sisteminə əsaslanır.

“CES 2020”də “Bosch” şirkətinin təqdim etdiyi avtomobil sürücünün xüsusi eynək taxmasını tələb etməyən yeni növ 3D displeyə malikdir.

“Segway Ninebot” tətbiq vasitəsilə zəng edilə bilən, avtomatik idarəetmə ilə özünə balans verən iki təkərli avtomobil təqdim edir.

bbc.com saytının verdiyi məlumata görə, fransız startapı “Wello” qeyri-adi kompakt üç təkərli nəqliyyat təqdim edir. Cihaz qısa səfərlər üçün nəzərdə tutularaq, saatda 40 kilometr sürətlə hərəkət edə bilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı