AMEA Aşqarlar Kimyası İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulmuşdur Oktyabr 14, 2014 | 12:00 / Mühüm hadisələr

AMEA Aşqarlar Kimyası İnstitutunun lokal kompüter şəbəkəsi yenidən qurularaq, fiber optik kabel vasitəsilə AzScienceNet elm kompüter şəbəkəsinə qoşulmuşdur. Bununla da institutun əməkdaşları AzScienceNet-in imkanları və xidmətlərindən (Eduroam, Cloud Computing, Hosting, e-mail və s.)  tam istifadə və yüksəksürətli İnternetə çıxış  ilə təmin olunmuşlar. 

İnstitutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərovun sözlərinə görə, görülən işlər institutun gələcək fəaliyyətinin daha səmərəli təşkilinə, alim və mütəxəssislərinin Avropa elmi mühitinə inteqrasiya olunmasına, o cümlədən dünyanın tanınmış beynəlxalq elmi bazalarından geniş istifadəsinə imkan yaradacaq. 

Qeyd edək ki, artıq AMEA-nın 34 institutundan 30-u fiber optik kabel vasitəsilə AzScienceNet şəbəkəsinə qoşulmuşdur. AMEA Milli Azərbaycan Tarixi MuzeyiDendrologiya İnstitutunun yaxın zamanda bu şəbəkəyə qoşulması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı