Dissertasiya Şurasının növbəti iclası keçirildi Oktyabr 10, 2014 | 03:59 / Konfranslar, iclaslar

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya Şurasının növbəti iclası keçirildi. 

Dissertasiya Şurasının sədr müavini, texnika elmləri doktoru, professor Ələkbər Əliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək, iclasın 1203.01 - “Kompüter elmləri” ixtisasında texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinə kuratorların təyin və təsdiq edilməsi məsələsinə həsr edildiyini bildirdi. 

İclasda texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq iddiasında olan Valeh Mustafayevin “Petri şəbəkələri nəzəriyyəsinin tətbiqi ilə modelləşdirilmənin avtomatlaşdırılması” mövzusunda dissertasiya işi təqdim edildi, kuratorlar təyin olunaraq təsdiq olundu. 

İddiaçı V.Mustafayevin dissertasiya işi üzrə kuratorlar texnika elmləri doktoru, professorlar Məsumə MəmmədovaVidadi Musayev, texnika elmləri doktoru Nadir Ağayev təyin olundular. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı