İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Yaponiyada keçiriləcək beynəlxalq konfransda məruzə ilə çıxış edəcəklər Oktyabr 09, 2014 | 03:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və institutun böyük elmi işçisi Roza Şahverdiyeva  Yaponiyanın Osaka şəhərində 12-13 oktyabr 2014-cü ildə keçiriləcək XII İnnovasiya, Sahibkarlıq və Strateji İdarəetmə  (ICIESM 2014 : XII International Conference on Innovation, Entrepreneurship and Strategic Management) Beynəlxalq konfransında iştirak etmək və elmi məruzə ilə çıxış etmək üçün dəvət almışlar.

Tədbirdə institut əməkdaşları həmmüəllifi olduqları “Azərbaycan iqtisadiyyatında yüksək texnologiya parkları və onların idarə olunması problemləri  (Rasim M. Alguliyev, Alovsat G. Aliyev, Roza O. Shahverdiyeva. “High techno-parks in the economy of Azerbaijan and their management problems”) mövzusunda elmi məruzə ilə çıxış edəcəklər.

Qeyd edək ki, materialları beynəlxalq bazalarda yerləşdirilən konfransda dünyanın qabaqcıl alim və mütəxəssisləri iştirak edecək.

Beynəlxalq  konfransda elmi və texnoloji parklar, innovasiya prosesləri və menecmenti, strateji menecment, beynəlxalq sahibkarlıq, texnologiyaların transferi və s. istiqamətlərdə müzakirələr aparılacaq.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı