AMEA-nın müxbir üzvü Məsumə Məmmədova Milanda “Big Data rəqəmsal əmək bazarı məlumatları kontekstində onlayn vakansiyalar” mövzusunda keçirilən beynəlxalq seminarda iştirak edib Noyabr 28, 2019 | 04:39 / Konfranslar, iclaslar

20-24 noyabr tarixlərində İtaliyanın Milan şəhərində Big Data rəqəmsal əmək bazarı məlumatları kontekstində onlayn vakansiyalar mövzunda beynəlxalq elmi seminar keçirilib. Ölkəmizi həmin tədbirdə AMEA-nın müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə elmlər doktoru Məsumə Məmmədova, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Statistika Komitəsinin ekspertlərindən ibarət olan nümayəndə heyəti təmsil edib.

Qeyd edək ki, beynəlxalq tədbir Avropa Komissiyası, Avropa Təhsil Fondu və İtaliyanın Bikokka Universitetinin birgə təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı Proqramının 4-cü Platforması çərçivəsində həyata keçirilib.  

Avropa İttifaqı tərəfindən qlobal texnoloji çağırışlara cavab olaraq gələcəyin əmək bazarı, müəssisələri, peşələri, iş yerləri və zəruri olan yeni bacarıqların müəyyənləşdirilməsi və proqnozlaşdırılması məsələləri üzv ölkələrin prioritetləri sırasına daxil edilib. Əmək bazarının rəqəmsal transformasiyası və vəziyyətinin real zaman rejimində qiymətləndirilməsi üçün Avropa Komissiyası tərəfindən son iki ildə genişmiqyaslı elmi-tədqiqat və tətbiqi işlər həyata keçirilib.

Tədbirdə Milanın Bikokka Universitetinin mütəxəssisləri veb-saytlardan və digər açıq mənbələrdən 200 milyona yaxın onlayn-vakansiyaların toplanması və emalı üzrə təklif etdikləri metodoloji və arxitektur həllər haqqında geniş məlumat veriblər.

Problemin konseptual qoyuluşu, əmək bazarı analitikasının (Labour market intelligence) hasil edilməsi Big Data  texnologiyası əsasında çoxlu sayda iş elanları təqdim edən elektron mənbələrin identifikasıyası, milyonlarla vakansiyanın  real zaman rejimində toplanması, iş yerlərinə dair bacarıqlara qoyulan tələblərin təyin edilməsi, süni intellekt texnologiyaları vasitəsilə emalı, bacarıqlar haqqında məlumaların əldə edilməsi, təhlili və vizualizasiyası üsulları, əmək bazarı analitikasının əldə edilməsi metodları və platformalarına həsr olunan müzakirələr maraqla qarşılanıb.

Seminarda böyük həcmli verilənlərin (onlayn-vakansiyaların) əmək bazarının real vəziyyətinin qiymətləndirilməsində geniş potensiala malik olduğu və bu mənbənin ənənəvi statistik məlumatları tamamlayaraq, onların dəyərini artırdığı nəzərə çatdırılıb.

Tədbirin son sessiyasında ölkələri təmsil edən iştirakçı komandalara verilən suallar əsasında Big Data vasitəsilə əmək bazarı analitikasının hasıl edilməsi layihəsinin ilkin “Yol xəritəsi” hazırlanaraq təqdim edilib.

Beynəlxalq seminarda Avropa Komissiyası tərəfindən “Big Data vasitəsilə əmək bazarı analitikasının hasıl edilməsi” layihəsinin “Şərq Tərəfdaşlığı  Proqramı”nın 2020-2021-ci illər gündəliyinə salındığı xüsusilə vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı