Korporativ istifadəçilər qrupuna göstərilən İnternet xidmətlərinin səmərəliyinin artırılması istiqamətində araşdırmalar aparılır Oktyabr 08, 2014 | 02:44 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov rəhbərlik etdiyi şöbənin 9 aylıq hesabatını təqdim edib.

Öncə şöbədə yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verən R.Ələkbərov korporativ istifadəçilər qrupuna göstərilən İnternet xidmətlərinin səmərəliliyinin artırılması üçün model və alqoritmlərin işlənməsi, AzScienceNet elm kompüter şəbəkəsinin fəaliyyətinin səmərəliyinin artırılması metodları və alqoritmlərinin işlənməsi, eləcə də kompüter şəbəkəsində virtual hesablama mühitlərinin sintezi metod və alqoritmlərinin işlənməsi istiqamətində aparılan elmi araşdırmaları diqqətə çatdırıb.

Sonra şöbə müdiri elmi-innovasiya fəaliyyəti çərçivəsində AMEA-nın Əsas binasında infrastrukturun müasir tələblər çərçivəsində yenidən qurulması, AMEA-nın institut və təşkilatlarında yeni xidmət (Wi-Fi, Eduroam, Cloud Computing və s.), sahələrinin istifadəsinin genişləndirilməsi, AMEA-nın Əsas binasının Dairəvi və kiçik zallarında video-nəzarət sistemi, videoproektorun quraşdırılması və Wi-Fi xidmətinin yaradılması, İnformasiya Texnologiyaları İnstitutunda elektron kitabxana sisteminin yaradılması işlərinin həyata keçirildiyini qeyd edib.

Bildirib ki, AzScienceNet şəbəkəsində Cloud Computing xidmətinin Azərbaycan Respublikasının elmi müəssisələrinin əməkdaşlarının istifadəsinə imkanın yaradılması, AMEA-nın institut və təşkilatlarının veb-səhifələrinin AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəzində yerləşdirilməsi, şöbədə aparılan elmi-tədqiqatlarda istifadə edilən riyazi metodların dərindən öyrənilməsi və s. istiqamətlərdə fəaliyyətin genişləndirilməsi nəzərdə tutulur.

Hesabat ətrafında müzakirələr aparılıb, rəy və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı