İnstitut əməkdaşları İƏT-ə üzv ölkələrin iqtisadi beyin mərkəzlərinin II Bakı Forumu və “Enerji, regional inteqrasiya və sosial-iqtisadi inkişaf” mövzusunda beynəlxalq konfransda məruzə ilə çıxış ediblər Oktyabr 03, 2014 | 04:00 / Mühüm hadisələr

1-3 oktyabr 2014-cü il tarixlərdə Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin iqtisadi beyin mərkəzlərinin II Bakı Forumu və “Enerji, regional inteqrasiya və sosial-iqtisadi inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirin təşkilatçıları İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), AR İqtisadiyyat və Sənaye Nazirliyi, həmçinin nazirliyin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu və “EcoMod Network” şirkətidir.

Forumun açılış mərasimində İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev, AMEA prezidenti, akademik Akif Əlizadə, İƏT-in baş katibi Şamil Ələsgərov və digərləri çıxış edib.

Təşkilata üzv ölkələrin iqtisadi beyin mərkəzlərinin rəhbərləri, elm adamlarının iştirak etdiyi tədbirdə dünyanın 21 ölkəsindən nümayəndə iştirak edib və 26 ölkədən 200-dək məruzə təqdim olunub.

Forumda AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, institutun böyük elmi işçisi Roza ŞahverdiyevaAybəniz Əliyeva da iştirak ediblər.

Ə.Əliyev “İKT sferasında mövcud vəziyyətin çoxamilli reqressiya modeli vasitəsi ilə statistik təhlili”, Ə.Əliyev və R.Şahverdiyeva həmmüəllifi olduqları “Müəssisənin innovasiya fəaliyyətinin səmərəliyinin yüksəldiməsi üzrə idarəetmə qərarlarının qəbulunun iqisadi-riyazi modelləşməsi”, Ə.Əliyev və A.Əliyeva isə “İnformasiya iqtisadiyyatının inkişaf səviyyəsinin təhlili və qiymətləndirilməsi üzrə monitorinq sisteminin işlənilməsi” mövzuları üzrə məruzə ilə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı