Xarici siyasət sahəsində OLAP texnologiyaları əsasında qərarların qəbul edilməsini dəstəkləyən informasiya-analitik sistemi işlənilir Oktyabr 03, 2014 | 12:07 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin müdiri Gülnarə Nəbibəyova rəhbərlik etdiyi şöbənin 9 aylıq hesabatını təqdim etdi.

O, öncə elmi-tədqiqat işləri haqqında məlumat verdi. Xarici siyasət sahəsində OLAP texnologiyaları əsasında qərarların qəbul edilməsini dəstəkləyən informasiya-analitik sistemin işlənilməsi istiqamətində araşdırmaların aparıldığını, qeyri-səlis polikubik OLAP–modelin yaradılması məqsədilə OLAP-kubun ölçülərinin fazzifikasiya metodlarının  işləndiyini diqqətə çatdırdı. Şöbə müdiri Azərbaycanda terminoloji informasiya sisteminin yaradılması, virtual məkanda Azərbaycan dilinin tətbiqi problemləri, media-analitikanın müasir vəziyyəti, internet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi istiqamətlərində aparılan elmi araşdırmalar haqqında da məlumat verdi.

Sonra şöbə müdiri AMEA-nın www.science.gov.az portalı və institutun www.ict.az saytı üzrə 9 ay ərzində görülən işləri diqqətə çatdırdı.  www.ict.az saytının yeni versiyasının artıq fəaliyyət göstərdiyini, science.gov.az portalının yeni versiyasının isə hazırlıq prosesində olduğunu bildirdi. Qeyd etdi ki, şöbə əməkdaşları tərəfindən portalın kontentinin doldurulması işləri davam etdirilir.

Şöbə müdiri, elmi tədqiqat və innovasiya işlərinin КİV-də təbliği və bu istiqamətdə populyar məqalələrin nəşri, şöbədaxili seminarların keçirilməsi, müxtəlif təyinatlı kitabların hazırlanması, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı görülən işlər haqqında da ətraflı məlumat verdi.

Hesabat ətrafında müzakirələr aparıldı, rəy və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı