Göydələnlərdə şüşə panellərin möhkəmliyini yoxlayan dron hazırlanıb Noyabr 12, 2019 | 11:55 / Maraqlı məlumatlar

Çin Xalq Respublikasının Şenyan Avtomatlaşdırma İnstitutunun alimləri göydələnlərdə pəncərə və şüşə panellərin bərkidilməsinin etibarlılığını yoxlamaq üçün pilotsuz heksokopter hazırlayıblar.

hightech.fm saytının məlumatına görə, göydələnlərdəki fiksasiya panellərinin bütövlüyü və etibarlılığını daim yoxlamaq məqsədilə binaların divarına enən insanlardan çox vaxt və böyük risk tələb olunur. Problemi həll etmək üçün tədqiqatçılar daxilindəki  təzyiq sensoru ilə toxunuş qolu olan dron hazırlayıblar.

Pilotsuz aparat hər panelə toxunaraq onu yoxlamaq üçün bir sensordan istifadə edəcək. Panel zəif sabitlənərsə, təzyiq aşağı olacaq və  bu, potensial namizədləri müəyyənləşdirməyə kömək edəcək.

Xatırladaq ki, daha əvvəl “Volocopter” şirkəti, kənd təsərrüfatı maşın istehsalçısı John Deere ilə bitki toxumlarını havadan səpən nəhəng bir quadrokopter hazırlamaq üçün müqavilə imzalayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı