Kollektiv düşüncəli “M-Block 2.0” robotları hazırlanıb Noyabr 12, 2019 | 11:26 / Maraqlı məlumatlar

Massaçusets Texnologiya İnstitutunun mühəndisləri bir-biri ilə qarşılıqlı təsir etmək və müxtəlif fiqurları müstəqil yığmaq imkanına malik olan “M-Block 2.0” robotlarını təqdim ediblər.

“M-Block 2.0” bir-birindən asılı olmayaraq yer dəyişdirmək və istehsalçılar tərəfindən əvvəlcədən qoyulmuş müxtəlif fiqurları müstəqil yığmaq imkanına malikdir. Bundan başqa, qurğular işıq mənbələrini və ya müəyyən obyekti izləyə bilərlər.

profile.ru saytının məlumatına əsasən, “M-Block 2.0” konseptual olaraq qarışqalara bənzəyir. Bu həşəratlar təklikdə heç bir əhəmiyyət daşımasa da, qrupda davranışları dəyişir və vahid bir alqoritmə tabe olurlar.

Hər robot dəqiqədə 20 min dövriyyə sürəti ilə fırlanan çarxı özündə saxlayır. Robotun xaricində bir-birlərini tanımağa kömək edən ştrixkod və maqnit mövcuddur. Vizual  olaraq robotlarda heç bir hərəkət edən hissə yoxdur – əlaqə maqnitlərin, yerdəyişmə isə daxildə gizlədilmiş çarxların köməyi ilə hərəkət edir.

İstehsalçıların sözlərinə görə, bu kimi texnologiyalar tikinti, xilasetmə əməliyyatları və ya tədqiqat missiyalarının keçirilməsində effektiv olacaq.

Qeyd edək ki, daha əvvəl Massaçusets Texnologiya İnstitutunun mühəndisləri öz imkanlarını nümayiş etdirmək üçün yeni mini-robotlar sürüsünü hazırlayıblar. Hazırda tədqiqatçılar mexaniki heyvanların qaçdığı, tullandığı və hətta futbol topunu atdığı bu hadisənin videoyazısını paylaşıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı