Daşına bilən proqramlaşdırılmış robot əl hazırlanıb Noyabr 12, 2019 | 10:04 / Maraqlı məlumatlar

Yaponiya və Fransadan olan beynəlxalq mühəndislər qrupu istifadəçiyə obyektlərlə qarşılıqlı əlaqə yaratmağa imkan verən, cüt geyinilmək imkanına malik olan robot əl hazırlayıblar. Yenilik cari ilin 17-20 noyabr tarixlərində Avstraliyada keçirilməsi nəzərdə tutulan “SIGGRAPH Asia 2019” sərgi-konfransında təqdim ediləcək.

Robot əl istifadəçinin kürəyinə bərkidilir, hər kəsin biləyində onların barmaqlarının hərəkətlərini idarə edən kontroller olur. Barmaqlar ayrı-ayrılıqda hərəkət etmək, yumruq sıxmaq və açmaq imkanına malikdir. Bu, cihazı daha cəld və hərəkətli etməyə imkan verir.

hightech.fm saytının məlumatına əsasən, qurğu predmetlərlə iki mərhələdə işləyir — əvvəlcə o fırçaları tutur və onu düzəldir, daha sonra müxtəlif manipulyasiyalar yerinə yetirməyə başlayır.

Sınaq zamanı tədqiqatçılar robot əlin köməyi ilə mühəndisin əvvəlcə sinini tutmasını, sonra üzərinə qoyulmuş əşyaları dəyişməsini nümayiş etdiriblər. Mühəndislərin sözlərinə görə, robot əl istifadəçiyə ağır predmetləri qaldırmaqda kömək edəcək.

Qeyd edək ki, daha əvvəl yapon mühəndislər avtomatlaşdırılmış ələ maqnit transmissiyasını əlavə edərək onu təkmilləşdiriblər. Bu qurğunun hərəkət sürətini artırmağa imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı