Süni intellektə malik şahmat lövhəsi fiqurları qarışdırmağı öyrənib Noyabr 06, 2019 | 11:34 / Texnoloji yeniliklər

“Infivention” startapı fiqurları qarışdıran süni intellektə malik şahmat lövhəsini təqdim edib. Qurğu oyunçuya neyroşəbəkəyə və ya dünyanın istənilən yerində yaşayan rəqibə qarşı oynamağa imkan verəcək.

hightech.fm saytının məlumatına görə, lövhə iki formada (“Neo”“Swap”) istehsal edilib. “Neo” 64×64 ölçüdə kvadratlardan ibarət standartlaşdırılmış lövhədir. Qara ağac və ya daşdan hazırlanmış fiqurlar təqdim olunur.

“Swap” adlandırılmış lövhədə isə kvadratların sayı daha çoxdur ki, bu da onda həm də dama oynamağa imkan verir. Hər iki variantda süni intellekt 30 çətinlik səviyyəsinə malikdir və oyunçunun bacarıqlarına uyğun olaraq, səviyyəni avtomatik quraşdırır.

Hazırda şirkət “Kickstarter” platformasında ilk partiyanın istehsalı üçün vəsait toplayır. Lövhələrin qiyməti 149 dollardan başlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı