“Sosial şəbəkələrdə saxta profillərin aşkarlanması üçün klasterləşdirmə metodlarının tətbiqi” araşdırılır Oktyabr 29, 2019 | 05:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2 saylı şöbənin “Sosial şəbəkələrdə saxta profillərin aşkarlanması üçün klasterləşdirmə metodlarının tətbiqi” mövzusuna həsr edilmiş elmi seminarı keçirildi. Məruzəni təqdim edən institutun magistrantı Əhmədova Xəyalə sosial şəbəkələrdə saxta profillər və onların aşkarlanmasında istifadə edilən maşın təlimi yanaşmaları haqqında məlumat verdi.

Məruzəçi sosial şəbəkə saytlarının və tətbiqlərinin istifadə reytinqini diqqətə çatdırdı, sosial şəbəkələrin təkcə sosial ünsiyyət vasitəsi deyil, həm də real və virtual dünyalarda baş verən bədniyyətli hərəkətlərin inikası olunduğu kiberməkan, müxtəlif maraqların mübarizəsinin getdiyi meydan kimi xarakterizə etdi. Adətən bu bədniyyətli hərəkətləri həyata keçirən subyektlər öz həqiqi kimliklərini saxta sosial şəbəkə profilləri vasitəsilə gizlətməyə çalışırlar. Bu saxta profillərin icra etdiyi funksiyalar onları yaradanların niyyətlərinə görə dəyişir və cəmiyyətdə müxtəlif mənfi fəsadlar doğurmağa yönəlir.  Sosial şəbəkələrdə saxta profillərin növləri haqqında məlumat verən X.Əhmədova bu saxta profillərin yaradılması məqsədlərini, onların yaratdığı təhlükələri qeyd etdi və saxta profillərin aşkarlanmasında istifadə edilən metodların qısa analizini diqqətə çatdırdı.

Daha sonra məruzəçi saxta profillərin aşkarlanmasında tətbiq edilən maşın təlimi metodları, onlarda  istifadə edilən əlamətlər çoxluğu haqqında danışdı və ən çox tətbiq edilən klasterləşdirmə metodlarının əsas xüsusiyyətlərini nəzərə çatdırıb bu metodların üstün cəhətlərini və nöqsanlarını qeyd etdi.

Məruzəçi bildirdi ki, sosial şəbəkələrdə saxta profillərin aşkarlanması üçün maşın təliminə əsaslanan müxtəlif metodlar tətbiq edilir, lakin tədqiqatçılar səylərini daha çox xüsusi tip saxta profillərin aşkarlanmasına yönəldirlər. Bu digər növ saxta profillərin aşkarlanmamasına və bədniyyətlilərin şəbəkəni “çirkləndirməsinə” gətirib çıxarır. Bu baxımdan, sosial şəbəkələrdə maksimum sayda saxta profilləri aşkarlaya bilən ümumi metodların işlənməsi çox aktualdır. Klasterləşdirmə metodları saxta profilləri qruplaşdırmaqla belə yanaşmalar təklif edə bilər. Onların tətbiqi ilə böyük ölçülü şəbəkələrdə yaxşı miqyaslanan maşın təlimi metodlarına böyük ehtiyac yaranacaq.

Sonda məruzəçi bu istiqamətdə aparılan elmi tədqiqatlar, tədqiqat qrupları, görülən işlər və davam etdirilən tədqiqat layihələri haqqında ətraflı məlumat verdi.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev sosial şəbəkələrdə saxta profillərin aşkarlanması üçün maşın təlimi yanaşmaları əsasında metod və alqoritmlərin işlənməsi istiqamətində tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi və bir sıra təkliflər səsləndirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı