3D-printerdə şokoladlar çap edilib

23 Oktyabr 2019 - 09:53 | Maraqlı məlumatlar
3D-printerdə şokoladlar çap edilib

Mühəndislər 3D-printerdə maye içlikli şokoladlar çap ediblər. Mütəxəssislərin sözlərinə görə, bu kimi texnologiya qənnadı sənayesindəki vəziyyəti dəyişdirmək imkanına malikdir.

Sinqapur Texnologiya və Dizayn Universitetinin elmi işçiləri 3D-çap üçün qida materiallarını hazırlayıblar.

belnovosti.by saytının məlumatına əsasən, kakao və şokolad pastası, həmçinin şokolad siropu kimi maddələr əsasında mühəndislər bir neçə qənnadı məmulatı çap ediblər.

Sınaqlar göstərdi ki, 3D-çap texnologiyası müxtəlif xüsusiyyətli materialları birləşdirməyə imkan verir. Eyni zamanda çapa bərk qabıqlı və maye içlikli konfetlər göndərmək mümkündür.

3D-texnologiyalar plastik kütlə ilə məhdudlaşdırılmır. Hazırda betondan, hətta metaldan obyektlər əldə etmək mümkündür. 3D çap sahəsində şokolad uzun müddət istifadə edilib.

Qeyd edək ki, mütəxəssislər indiyə qədər müxtəlif xüsusiyyətləri olan yeməli materiallar hazırlaya bilməyiblər. Onlar bildirirlər ki, sənaye istifadəsi üçün fərqli tərkibi  olan qarışıqlara ehtiyac olacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.