Evdə idman məşqləri üçün “güzgü-məşqçi” hazırlanıb Oktyabr 09, 2019 | 11:15 / Texnoloji yeniliklər

Nyu-Yorkdan olan “Güzgü” startapının istehsalçıları interaktiv güzgüdən istifadə edərək fərdi məşqlərin həyata keçirilməsi üçün “güzgü-məşqçi” təqdim ediblər.

Yeni tətbiq idman dərslərinin çatdırılması, həmçinin məşq təlimatlarının izlənilməsi üçün istifadə edilə bilər. İnteraktiv güzgü məşqlərdə adi proqram prinsipi üzrə işləsə də yeniliyin köməyi ilə eyni anda rahatlıqla öyrənmək və məşq etmək mümkündür. Ənənəvi interaktiv seanslara abunə olmaq ayda 30 dollara başa gələcək.

ferra.ru saytının məlumatına əsasən, istehsalçılar güzgüyə fərdi təlimi təmin etmək funksiyasını əlavə ediblər. Beləliklə, “güzgü” hər bir istifadəçi üçün şəxsən hazırlanmış təlim nümayiş etdirəcək və şəxsi məşqçi əldə etməyə imkan verəcək.

Hazırda fərdi məşqçi funksiyasının qiyməti müəyyənləşdirilməyib, lakin 30 dəqiqəlik dərs üçün qiymətin təxminən 40 ABŞ dolları olacağı güman edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı