Sükan arxasında yuxulamağa imkan verməyən proqram hazırlanıb Sentyabr 30, 2019 | 10:45 / Texnoloji yeniliklər

Məlumdur ki, uzun müddət sükan arxasında vaxt keçirən sürücülər üçün yaranan yorğunluq zamanı qısa müddətli yuxu olduqca təhlükəlidir. Rusiyalı alimlər sükan arxasında yatmamağa kömək edən və təhlükə haqqında xəbərdarlıq edən xüsusi tətbiq hazırlayıblar.

“Drive Safely” tətbiqi sürücüdə yuxululuq əlamətləri və diqqət azalmalarını təyin edən tam sistemdir. O, yoldakı, eləcə də istifadəçinin vəziyyətinə əsaslanaraq fokuslanmağa kömək edir və daim məsləhətlər verir.

4pda.ru saytının məlumatına əsasən, istifadədən öncə smartfon tətbiqi avtomobilin ön şüşəsinə quraşdırılır. “Drive Safely” sistemi “Yandeks Xəritə" və ya “Google Xəritə” kimi naviqatorlarla paralel işləyir və mesaj və ya zənglərin qəbuluna mane olmur.

“Drive Safely” ön kamerasından istifadə edərək başın vəziyyətini və sürücünün gözlərinin açıqlıq dərəcəsini qiymətləndirir. Təhlükəli əlamətlərin aşkar edilməsi zamanı proqram  sürücünü bu barədə xəbərdar etməyə başlayır.

İstehsalçıların sözlərinə görə, hazırda oxşar sistem xüsusi infraqırmızı kamera üçün “Yandeks” şirkətində işlənilir. Heç bir əlavə cihazın maşına quraşdırılmasını tələb etməyən və bu gün hər kəsin sahib olduğu smartfonlardan istifadə proqramın fərqli xüsusiyyətlərindən biridir.

Bundan əlavə, manevr edən zaman “Drive Safely” yana baxmaq ehtiyacı haqqında istifadəçiyə xəbərdarlıq edir, avtomobilin sürəti və istiqamətini təhlil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı