İnformasiya cəmiyyəti iqtisadiyyatının formalaşması proseslərinin təhlili və onun inkişafı üzrə müvafiq model və mexanizmlər işlənilir Sentyabr 22, 2014 | 11:13 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev rəhbərlik etdiyi şöbənin 9 aylıq hesabatını təqdim etdi. O, öncə şöbədə elmi-tədqiqat işləri çərçivəsində görülən işlərdən danışdı.

İnformasiya Cəmiyyəti iqtisadiyyatının formalaşması proseslərinin təhlili və onun inkişafı üzrə müvafiq model və mexanizmlərin işlənilməsi istiqamətində informasiya və biliklər iqtisadiyyatının mahiyyəti, strukturu və xüsusiyyətlərinin təhlil olunduğunu, informasiya və biliklər iqtisadiyyatının regional formalaşması sahəsində mövcud vəziyyətin araşdırıldığını bildirdi.

İnnovasiya strukturlarının fəaliyyətinin və innovasiya proseslərinin təhlili, onların idarə olunması sistemi  üzrə model, metod və mexanizmlərin işlənilməsi istiqamətində araşdırmaların nəticələrindən söz açdı.

Şöbənin elmi-innovasiya fəaliyyəti ilə bağlı çıxış edən məruzəçi bildirdi ki, şöbə əməkdaşları müvafiq fondlara və təşkilatlara informasiya və innovasiya iqtisadiyyatının elmi-nəzəri əsaslarının formalaşması məsələləriylə  əlaqədar  qrant layihələrin təqdim olunmasıyla bağlı işlərin aparılmasında, o cümlədən “İqtisadi-sosial sistemlərin idarə olunması və informasiyalaşdırılması” istiqamətində konsaltinq xidmətinin göstərilməsində iştirak edirlər.

Qeyd etdi ki, şöbədə beynəlxalq  elmi  əməkdaşlığın inkişafı məqsədilə İstanbul Yıldız Texniki Universitetinin Texnoparkı, Belorusiya Yüksək Texnologiyalar Parkı və Daşkənd İnformasiya Texnologiyaları Universiteti ilə elmi əməkdaşlıq əlaqələrinin qurulması işləri həyata keçirilir.

Ə.Əliyev, həmçinin elmi-pedaqoji fəaliyyət, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işinin təşkili istiqamətində görülən işləri diqqətə çatdırdı.

Bildirdi ki, şöbə əməkdaşlarının Yaponiyada, Çində və Qazaxıstanda keçiriləcək beynəlxalq səviyyəli elmi-praktiki konfranslarda  iştirakı da gözlənilir.

Hesabat qənaətbəxş hesab olundu, bir sıra təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı