“Google Photo” şəkillərdə mətn üzrə axtarış edə bilir Avqust 26, 2019 | 12:17 / Texnoloji yeniliklər

“Google Photo” servisi artıq istənilən şəkildə mətnləri axtarmağa imkan verən simvolların optik tanınması (Optical Character Recognition – OCR) funksiyasına malikdir. Şirkətin “Twitter” hesabında məlumat verilib ki, bu imkan bir ay ərzində bütün istifadəçilər üçün əlçatan olacaq.

hitech.vesti.ru saytının məlumatına görə, “Google Photo” istənilən çap mətnini onun ölçüsündən və ya yerləşmə bucağından asılı olmayaraq tapa bilir. Tapılmış fraqmenti bir düyməyə sıxmaqla köçürmək mümkündür. “OCR” funksiyası həm “Android” və “iOS” üçün tətbiqlərdə, həm də veb-kliyentdə əlçatan olacaq.

Kompüter görməsi texnologiyaları sayəsində “Google Photo” artıq insanların və ev heyvanlarının sifətlərinin əks olunduğu təsvirləri tanıya bilir və onları ayrı-ayrı qovluqlara yerləşdirir. Xidmət digər obyektləri də “görür”, yeri isə GPS-koordinatlar üzrə müəyyən edir. İstifadəçi sadəcə axtarış sorğusunu daxil edərək, onu maraqlandıran təsviri tapa bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı