Süni intellekt üçün ən böyük prosessor təqdim edilib Avqust 21, 2019 | 10:50 / Texnoloji yeniliklər

“Cerebras” şirkəti “Hot Chips” konfransında 1,2 trilyon tranzistorun quraşdırıldığı və süni intellektlə iş üçün yaradılan “Cerebras Wafer Scale Engine” prosessorunu təqdim edib.

hightech.fm saytının məlumatına görə, çipin ölçüsü 203x229 mm təşkil edir ki, bu da ümumi təyinatlı nəhəng “Nvidia” prosessorundan 57 dəfə böyükdür. Şirkət nümayəndələri bildiriblər ki, bir neçə mikrosxemi birləşdirməkdə əsas problem məlumatların ötürülməsində qaçılmaz gecikmədir. Vahid çip isə bu problemi aradan qaldırmağa imkan verir.

Çipə 400 min nüvə və 18 Gb tutumlu yaddaş quraşdırılıb. Bunun sayəsində 9 Pbit/saniyə ötürücülük qabiliyyəti dəstəklənir.

“Cerebras Wafer Scale Engine” prosessorunun enerji sərfiyyatı 15 kilovat təşkil edir. İstehsalçıların sözlərinə görə, onlar çipin fəaliyyətini poza bilən çirkləndirmənin qarşısını almağa nail olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı