Beynəlxalq İnformatika Olimpiadası çərçivəsində 13-cü “IOI” konfransı keçirilib Avqust 06, 2019 | 03:34 / Konfranslar, iclaslar

Məlumdur ki, Azərbaycan 31-ci Beynəlxalq İnformatika Olimpiadasına (IOI) ev sahibliyi edir. 

Avqustun 6-da “Boulevard Hotel”də olimpiada çərçivəsində 13-cü “IOI” konfransı keçirildi. 2007-ci ildən keçirilən yarım günlük “IOI” konfransı standart “IOI” proqramının bir hissəsidir. Konfransda Azərbaycan və xaricdən olan müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti, eləcə də AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan “Olympiads in İnformatics” jurnalının baş redaktoru Valentina Dagiene tədbir iştirakçılarını salamlayaraq Bakıda keçirilən olimpiadanın əhəmiyyətindən söz açdı, konfransın gündəliyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra jurnalın icraçı direktoru Mile Jovanov konfransın “Olympiads in İnformatics” jurnalı ilə əlaqəsindən danışdı, jurnal barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, jurnal Vilnüs Universitetinin Riyaziyyat və informatika fakültəsi və Beynəlxalq İnformatika Olimpiadasının təşəbbüsü ilə 2007-ci ildə təsis edilib. Olimpiada və digər müsabiqələr vasitəsilə informatika fənninin tədrisinin bütün sahələrində tədqiqatların nəşrinə həsr olunmuş bu beynəlxalq jurnalın çapı hər il təşkil olunan Beynəlxalq İnformatika Olimpiadasında keçirilən elmi konfransla sıx bağlıdır. Konfransda iştirakı nəzərdə tutulan müəlliflər məqalələrini bu jurnala təqdim edirlər. Onun sözlərinə görə, jurnalın 2019-cu il nəşrində 50 ölkədən 200 müəllifin məqaləsi yer alıb.

Daha sonra konfransda Azərbaycan və xaricdən olan nümayəndə heyəti kompüter öyrətmək və öyrənmək üçün mənbə rolunu oynayan rəqəmsal kitabxana, TLCS layihəsi, uşaqların proqramlaşdırma marafonu, kompüter elmləri, “K-12”də hesablama təfəkkürü - Azərbaycan təcrübəsi, ikinci dərəcəli alqoritmik alətlər, proqram təminatının hazırlanması mövzularında məruzələrlə çıxış etdi.

Konfransın ikinci hissəsində müəllimlər üçün “İnformasiya və hesablama üsulları” adlı seminar keçirildi.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak edirlər. 1989-cu ildən keçirilən və informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın müxtəlif ölkələrindən məktəblilərə bilik və bacarıqlarını sübut etmək imkanı yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı