İnstitutun baş mühəndisi “CEBIT Bilişim-2014” konfransında iştirak edib Sentyabr 17, 2014 | 10:04 / Konfranslar, iclaslar

Sentyabrın 11-13-də Türkiyənin İstanbul şəhərində beynəlxalq "CeBit Bilişim Eurasia" sərgisi keçirilib. Avrasiya ölkələri arasında ən böyük və əhəmiyyətli tədbirlərdən olan "CEBIT Bilişim-2014" qlobal konfransı informasiya və kommunikasiya texnologiyaları istifadəçiləri və təchizatçılarını bir araya gətirir.

Sərgi-konfransda, əsasən informasiya texnologiyaları, telekommunikasiya, rəqəmli media və istehlakçı elektronikası, dünya üzrə tendensiyalar və innovasiyalar, "ağıllı" şəhər, "ağıllı" dövlət, "ağıllı" bələdiyyə, elektron hökumət həlləri, İT sahəsində qadınlar, şəbəkə texnologiyaları və s. kimi mövzular ətrafında müzakirələr aparılıb.

Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov da iştirak edib. Onun verdiyi məlumata görə, sərgidə nümayiş olunan müasir informasiya-kommunikasiya texnologiyalarının gələcəkdə institutun AzScienceNet elm kompüter şəbəkəsinin yenidən qurulmasında geniş tətbiqi nəzərdə tutulur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı