Təsvirin miqyasını böyüdən kontakt linzalar hazırlanıb İyul 30, 2019 | 10:30 / Maraqlı məlumatlar

Kaliforniya Universitetinin alimləri istifadəçinin komandası üzrə təsvirin miqyasını böyüdə bilən kontakt linzalar hazırlayıblar.

belta.by saytının məlumatına əsasən, kontakt linza gözlərin hərəkəti ilə idarə olunur. İnsan öz istəyi ilə görünən təsvirin miqyasını böyüdə bilər. Bunun üçün iki dəfə göz qırpmaq kifayətdir. Yumşaq biometrik qurğu göz qapaqlarının hərəkəti zamanı yaranan elektrik siqnallarını oxuyur. 

Linzalar siqnalları beş elektroddan qəbul edir. Görmə qabiliyyətində pozulma müşahidə olunan insanlar da bu qurğudan istifadə edə bilmək imkanına malikdirlər. Qurğu impulsları qəbul edəcək.

Alimlərin sözlərinə görə, bu yalnız prototipdir və kütləvi istehsal barədə danışmaq hələ tezdir. Tədqiqatçılar layihə üzərində işləməyə davam edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı