Robot-kosmonavta danışmaq öyrədilib İyul 23, 2019 | 12:00 / Maraqlı məlumatlar

Rusiya Federal Kosmik Agentliyi “Fyodor” adlı robotu Beynəlxalq Kosmik Stansiyaya göndərməyi planlaşdırır. Onlar hətta robotun kosmonavtlarla danışa bilməsi üçün ona səs köməkçisi funksiyasını əlavə ediblər.

ferra.ru saytının məlumatına görə, hazırda robot Beynəlxalq Kosmik Stansiyada uçuşdan əvvəl sınaqdan keçirilir. Mütəxəssislər onu insan nitqini qavraması və təkrarlaması istiqamətində hazırlayırlar. Kosmonavtika ilə daha çox əlaqəli olması üçün robotun adı dəyişilərək “Skybot F-850” adlandırılıb.

“Fyodor-Skybot” uçuşu avqustun 22-də “Sayuz MS-14” pilotsuz kosmik gəmisində həyata keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı