Həkimlər rentgen aparatından istifadə etmədən insanın daxilini görməyi öyrəniblər İyul 22, 2019 | 02:00 / Maraqlı məlumatlar

Pitsburq şəhərinin Karnegi Mellon Universitetinin alimləri insan daxilində endoskopik kameraların tətbiqi olmadan daxili toxumaların təsvirlərini əldə etmək üçün yeni bir üsul hazırlayıb və təqdim ediblər. Bu üsul beyin toxumalarının öyrənilməsi zamanı səmərəli olacaq.

ferra.ru saytının məlumatına əsasən, tədqiqatçılar öz işində ultrasəsdən istifadə edərək toxumadaxili sahələrin optik təsvirlərinin əldə edilməsi üçün yeni metoddan bəhs ediblər.  Beləliklə, ultrasəs dalğalarının fiziki xüsusiyyətləri optik mikroskopiya ilə birlikdə “virtual linzanı” formalaşdıracaq.

Alimlərin sözlərinə görə, onların təqdim etdiyi texnologiya hətta xəstələrin ondan müstəqil olaraq istifadə etməsinə imkan yaradır. Bunun üçün məlumatları birbaşa həkimə ötürən plastrı bədənə yerləşdirmək kifayətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı