İflic olmuş insanlar elektron qurğular vasitəsilə ünsiyyət qura biləcəklər İyul 19, 2019 | 10:13 / Maraqlı məlumatlar

İlon Maskın rəhbərlik etdiyi “Neuralink” şirkəti beyindən siqnalların kompüterə ötürülməsi texnologiyasını təqdim edib. Beyinə daxil edilən çip formasında olan və simsiz kanal vasitəsilə siqnal ötürən bu texnologiya iflic olmuş insanlara elektron qurğuları idarə etməyə və dünya ilə fəal əlaqədə olmağa imkan verəcək.

Bir müddət əvvəl məlum olub ki, şirkətin arsenalında insan saçından daha incə “möcüzə-liflər” mövcuddur. Neyronların fəallığını müəyyən etməyə imkan verən lifləri beyinə implantasiya etmək lazımdır. Həmçinin bu liflərin neyro-cərrahın rəhbərliyi altında daxil edilməsi üçün hazırlanmış robot mövcuddur.

meddaily.ru saytının məlumatına əsasən, şirkət son tədqiqatını hələ ki, heyvanlar üzərində sınaqdan keçirib. Lakin gələn il ərzində şirkət insanların iştirakı ilə kliniki sınaqlara razılıq almağa ümid edir. İlk sınağa yalnız tam iflic olmuş pasiyentlər cəlb ediləcək. Onların beyninə dörd implantat yerləşdiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı