Rusiyada robot-həkim konsultasiya verəcək İyun 18, 2019 | 12:19 / Maraqlı məlumatlar

Rusiyanın “Promobot” şirkəti pasiyentlərin ilkin tibbi sorğu və sağlamlığının qorunmasına dair tövsiyələrin verilməsi üçün xidməti tibbi robot hazırlayıb. İstehsalçıların bildirdiyinə görə, onun “konsultasiyaları” həkimlərlə müqayisədə, daha dəqiq və effektiv olacaq.

Robotun nümayiş nüsxəsi iyunun 19-dan 21-dək Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində, Regionların Sosial İnnovasiyaları üzrə Üçüncü Forum çərçivəsində təqdim ediləcək.

popmech.ru saytının məlumatına görə, süni həkimin fəaliyyət göstərməsi üçün pasiyentin boyu və çəkisi kimi əsas fizioloji parametrləri haqqında məlumatları təqdim etməsi tələb olunur. Hələ ki, avtomatik həkim analiz nəticəsində müştərilərinə yalnız həyat tərzinin dəyişdirilməsi, çəkinin azaldılması və düzgün qidalanmaya dair sadə tövsiyələr verir.

“Promobot” cari il ərzində bir sıra analizləri müstəqil həyata keçirə bilən təkmilləşdirilmiş versiyanı təqdim etməyi planlaşdırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı