Yaponiyada işıqforlar “5G” siqnallarını ötürəcək İyun 18, 2019 | 11:00 / Maraqlı məlumatlar

Yaponiyada işıqforlar beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) siqnallarını ötürməyə imkan verən xüsusi avadanlıqla təchiz ediləcək.

belta.by saytının məlumatına əsasən, Yaponiya hökuməti tərəfindən “5G” mobil şəbəkəsinin qurulmasının sürətləndirilməsi üzrə proqram açıqlanıb. Gündoğar ölkədə yeni nəsil rabitənin 2020-ci ildən etibarən istifadəyə verilməsi planlaşdırılır. Çətinlik ondan ibarətdir ki, bu vəzifənin həyata keçirilməsi üçün hazırda mövcud olandan daha çox antena qurğuları tələb olunur. Problemin həlli üçün hökumət ölkə ərazisində 200 min işıqfora xüsusi avadanlıq quraşdırmaq niyyətindədir. Bu, “5G” şəbəkəsini daha tez tətbiq etməyə və xərcləri xeyli azaltmağa imkan verəcək.

Bundan əlavə, işıqforlarda avtonom avtomobillərin hərəkətini asanlaşdırmaq üçün yollarda hərəkət şəraitini qeydə alan ötürücülərin quraşdırılması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı