“Amazon” öz bədəninin 3D-skan edilməsinə icazə verəcək hər kəsə 25 dollar təklif edir May 31, 2019 | 11:16 / Maraqlı məlumatlar

Nəhəng elektron ticarət şirkəti “Amazon” 25 dollar dəyərində hədiyyə kartının sahibi olmağın qeyri-adi üsulunu təklif edib. Bunun üçün istənilən alıcı bədənin rəqəmsal 3D-skan edilməsi prosedurundan keçməlidir.

techcult.ru saytının məlumatına görə, tədbir 2 il əvvəl “Amazon” tərəfindən əldə edilmiş “Body Labs” startapının “Amazon Real World Image Study” proqramı çərçivəsində təşkil edilib.

Son illərdə dəb bazarında “Amazon”un payı əhəmiyyətli dərəcədə artıb. “Coresight Research” şirkətinin tədqiqatına əsasən, Cef Bezosun şirkəti hazırda ABŞ-da ən uğurlu geyim satıcısıdır. O, şəxsi ticarət markası və abunə xidmətinin sahibidir.

Yeni xidmətin qeydiyyat səhifəsində qeyd edilir ki, “Amazon” tədqiqat iştirakçılarının bədənlərini adi geyimdə 3D-skan edəcək, onların şəkil və videolarını çəkəcək. Bunun üçün, həmçinin sorğu vərəqəsini doldurmaq tələb olunacaq.

Eyni zamanda boy və çəkinin ölçülməsi həyata keçiriləcək. Şirkət nümayəndələri bildiriblər ki, toplanmış məlumatlar daxili tədqiqatlar üçün nəzərdə tutulub və marketinq məqsədilə istifadə olunmayacaq. Skan etmə prosesi “Amazon”un Nyu-Yorkda yerləşən ofisində 30 dəqiqə ərzində aparılacaq, bundan sonra hər bir könüllü şirkətin 25 dollar dəyərində hədiyyə kartını əldə edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı